![](https://azedu.az/uploads/news/2018/04/30020292_1694428207261299_1148227399_n.jpg)
Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, cərrah, pedaqoq, Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasının müdiri, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağa oğlu Ağayevlə aprelin 4-də vida mərasimi keçirilib.
Azedu.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında keçirilən mərasimdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin həyat və elmi fəaliyyətindən danışıb.
Bildirib ki, akademik Böyükkişi Ağayev Azərbaycan tibb elmini, səhiyyə və təhsilini yorulmaz nəzəri və praktiki fəaliyyəti ilə daim zənginləşdirən, onların tətbiq sahələrini genişləndirməyə çalışan məhsuldar elm adamı, bacarıqlı səhiyyə təşkilatçısı idi.
Digər çıxış edənlər də alimin elmi nailiyyətlərindən bəhs ediblər.
Qeyd edək ki, B.Ağayev 1928-ci ildə Azərbaycanın Sabirabad rayonunda anadan olub, 1944-cü ildə orta məktəbi fərqlənmə diplomu ilə bitirib və Azərbaycan Tibb İnstitutunun (hazırkı Azərbaycan Tibb Universiteti) müalicə fakültəsinə daxil olub.
B.Ağayev namizədlik və doktorluq dissertasiyası müdafiə edib, 1967-ci ildə professor elmi adına layiq görülüb. O, 1980-ci ildə tibb üzrə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə AMEA-nın həqiqi üzvü seçilib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)