Azedu.az

Ali məktəblərdə bu istiqamətdə ciddi işlər aparılır - Nazir müavini

Təhsil Nazirliyi

11 Fevral 2019, 12:15
Ali məktəblərdə bu istiqamətdə ciddi işlər aparılır - Nazir müavini

"Hazırda elmi biliklərin həcminin artırılması, yeni elm sahələrinin yaradılması, yeni istiqamətlərin formalaşması elmi məzmunda və onun fəaliyyətində də bir sıra dəyişikliklərin edilməsini zərurətə çevirir".

AzEdu.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib.

O qeyd edib ki, təhsil, elm və innovasiyanın birgə vəhdəti, eləcə də fəaliyyəti vacib məsələlərdəndir:

"Təsadüfi deyil ki, elm tədqiqat, eləcə də ali təhsil müəssisələrinin təhsil, tədqiqat və innovasiya formatında fəaliyyətin gücləndirilməsinə əsas istiqamət kimi müəyyən edilib. Son illərdə ali məktəblərdə bu istiqamətdə ciddi işlər aparılıb. Sevindirici haldır ki, şagirdlər və tələbələrin yaratdıqları start-up layihələri ilə nəinki ölkədə, həmçinin xaricdə də yüksək qarşılanır və qiymətləndirilir". 

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox