Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-09 17:31:00
Bahçeşehir Universiteti Bakıda məzunları ilə görüşüb

Bakıda Türkiyənin Bahçeşehir Universiteti(BAU), azərbaycanlı məzunları üçün beşinci “BAU Azərbaycan Məzun Görüşü”nü keçirib. Görüşdə azərbaycanlı məzunlarla yanaşı, BAU Global ailəsi, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin və “Loqos Nitq və İnkişaf Mərkəzi”nin nümayəndələri iştirak ediblər.

Məzun görüşündə bu kimi tədbirlərin önəmini vurğulayan Bahçeşehir Universitenin sahibi Ənvər Yücel məzunlarla qarşılıqlı əlaqələrinin vacibliyini qeyd edib: “Harada olmaqlarından asılı olmayaraq hər zaman məzunlarımıza dəstək olmağa çalışırıq. Çünki universiteti ucaldan məzunlarıdır. Dünyanın müxtəlif yerlərindəuniversitetlərimiz, akademik mərkəzlərimiz var. Bununla yanaşı, məzunlarımız getdikləri yerlərdə məzun ofisləri açmaqla, universitet məzun əlaqələrini daha da möhkəmlənməsinə yardımcı olurlar.”

E. Yücel Azərbaycan Türkiyə əlaqələrinin önəmindən də söz açıb: “Azərbaycanı başqa bir ölkə olaraq deyil, öz vətənimiz olaraq görürük. Biz bir millət iki dövlətik.Məzunlarımızla Türkiyə Azərbaycan əlaqələrinin hər gün daha da möhkəmlənəcəyinə inanıram. Hazırda universitetimizdə 200-dən çox azərbaycanlı tələbə təhsil alır və bu say getdikcə də artmaqdadır. Bu da, daha sıx qardaşlıq əlaqələrinin göstəricisidir.”

BAU Məzunlar Mərkəzinin koordinatoru Melih Elidüzgün isə məzun görüşlərinin ənənə halına keçməsini vurğulayıb:“Məzun görüşlərimizin artıq bir ənənə halına keçməsi bizi çox sevindirir. Bu kimi görüşlərin keçirilməsi məzunlarımızla əlaqələrimizi daha da möhkəmləndirir.”

BAU-nun Azərbaycan üzrə nümayəndəsi Təhminə Paşayeva isə BAU məzunlarının fəaliyyət və uğurlarından danışıb: “Hazırda BAU məzunları öz işlərini quran və kariyeralarında uğur əldə edən şəxslərdir. Onların fəaliyyətlərindəki hər uğur bizi qürurlandırır. Məzunlarımızla davamlı şəkildə ünsiyyətdə olmağımız, yeni layihələrə start verməyimiz BAU ailəsini doğmalaşdırır və gücləndirir.”

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov isə təhsil sahəsində Azərbaycan Türkiyə əlaqələrinin uğurundan söz açıb.

Xatırladaq ki, tam ingilis dilində təhsil verən BAU, Silikon vadisindən Honk-Konqa qədər uzanan 5 universitet, 5 akakdemik mərkəzi və 4 dil məktəbi ilə Türkiyənin öncül vəqf universitetlərindən biridir.