Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-08 16:23:00
Latviyada oxumaq istəyənlər üçün əla şans - Sərfəli Proqram

Latviya hökuməti Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.

AzEdu.az xəbər verir ki, proqram Azərbaycan hökuməti ilə Latviya hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair Sazişə əsasən elan olunub.

Proqram çərçivəsində bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500 avro, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd Latviya hökuməti tərəfindən ödəniləcək. Səyahət və sığorta xərcləri isə namizədlərin özləri tərəfindən qarşılanacaq. 

Namizədlərin müraciətləri araşdırıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.

Tədris ingilis və ya latış dillərindədir.

Tələb olunan sənədlər:

CV (tərcümeyi-hal);

təhsil sənədlərinin və qiymət cədvəllərinin təsdiqlənmiş surətləri;

niyyət məktubu;

2 ədəd tövsiyə məktubu (imza və möhürlü);

təqaüd verilən müddət üçün dərs planı;

xarici dil sertifikatının təsdiqlənmiş surəti;

şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti;

Qeyd: Qeyd olunan sənədlərin ingilis dilində təqdim olması tələb olunur.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları cari ilin aprelin 1-dək https://scholarships.viaa.gov.lv/en/login linki vasitəsi ilə Latviya hökuməti, aprelin 5-dək isə https://www.app.htp.edu.az/  keçidində Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron ərizə sistemlərini doldurub təsdiq etməlidirlər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları