https://www.zirve.edu.az/
08.02.2019 10:27
İşə qəbul üzrə 2923 nəfər qeydiyyatdan keçib - Bakı Təhsil İdarəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri (kitabxanaçı) və laborant vəzifələrinə işə qəbul üzrə qeydiyyat başa çatıb.

İdarədəın AzEdu.az-a bildirilib ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 2923 şəxsin müraciəti  http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydə alınıb.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.