2018-04-03 17:05:23
Şagirdlər riyaziyyat fənnindən zəifdirlər - Monitorinqin nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının bu gün keçirilən iclasında monitorinq imtahanları ilə bağlı müzakirə aparılıb.
AzEDU xəbər verir ki, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili, rus dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq imtahanlarının nəticələrinə dair qısa statistik təhlil təqdim edərək bildirib ki, 2013-cü illə müqayisədə 2017-ci ildə Azərbaycan dili və rus dili fənləri üzrə nəticələrdə müsbət dinamika müşahidə olunur, lakin riyaziyyat fənni üzrə müsbət dinamika müşahidə olunmur.
O qeyd edib ki, ingilis dili fənni üzrə monitorinq imtahanları yalnız 2017-ci ildə keçirilib: "Nəticələrin təhlili göstərir ki, qapalı tipli tapşırıqlarla müqayisədə açıq tipli tapşırıqlara cavab verməkdən imtina edənlərin faizi xeyli yüksəkdir, xüsusilə "siz necə düşünürsüz” tipli suallarda imtinaların sayı daha yüksəkdir (70 %)”.
DİM sədrinin sözlərinə görə, həmin suallar əsasında xarici dil müəllimləri üçün (hər hansı seçmə əsasında) imtahan keçirilməlidir ki, problemin həlli yolu müəyyən edilsin.
Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən, Şura üzvü Ceyhun Bayramov bildirib ki, belə imtahanlar nazirlik tərəfindən Azərbaycan dili və ədəbiyyat, eləcə də riyaziyyat müəllimləri üçün keçirilib və nəticələr təhlil olunub.
Müzakirələr zamanı qeyd olunub ki, ingilis dili fənni üzrə şəhər və ucqar kənd məktəbləri şagirdləri üçün eyni tələblər qoymaq düzgün deyil.
Bu bölməyə aid digər xəbərlər
Məktəbdə qanunsuzluq: cinayət işinə başlanıldı - Rəsmi
2023-09-06 15:58:46
Məktəbli itkin düşüb
2023-07-14 09:49:28
Zaqatalada 11 yaşlı uşaq öldü
2023-07-07 17:13:00
70 yerindən bıçaqlanan şagird danışdı
2023-07-06 15:35:34
223 müəllim sertifikasiyadan 0-9 bal toplayıb - Emin Əmrullayev
2023-07-06 11:05:53
Sertifikasiyada müəllimlərin 35 faizi 0-29 bal toplayıb
2023-07-06 11:01:06
Sosial iş nədir və bu ixtisas üzrə harada çalışmaq olar? – İZAH
2023-07-06 10:29:42
Nazir sertifikasiyadan yüksək nəticə qazanmış müəllimlərlə görüşdü
2023-07-06 10:10:00
Eşqi Bağırov: "400 məktəbdə vakant direktor yeri var"
2023-07-05 11:51:22
Bakıda direktoru olmayan məktəblərin sayı AÇIQLANDI
2023-07-05 11:47:35
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
18 Aprel 2024, 12:40
Sertifikasiyadan keçə bilməyənlər bu il imtahan verəcək
FACEBOOK