Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-07 11:00:00
Kurikulum proqramında Astronomiyaya aid materiallar bu dərsliklərə əlavə olunub  

“Azərbaycanda neft və qeyri-neft sektoru daha çox inkişaf edib. Peykimizi kosmosa təzəlikcə göndərmişik. Hələ bir neçə ildir ki, “Azerspace” adlı peykimiz var. Dünya isə bu təcrübədən çoxdan istifadə edir” 

Bu sözləri AzEdu.az-a açıqlamasında Coğrafiya müəllimi Orxan Kamallı deyib. Onun sözlərinə görə, Astronomiya fənn kimi ləğv olunsa da, Fizika  və Coğrafiya dərsliklərinin məzmun xətlərində əksini tapıb:

“Bu fənn Coğrafiya və Fizikaya uyğunlaşdırılıb. Astronomik biliklər Coğrafiyada məkan-məzmun xətti üzrə VI-XI siniflərdə müxtəlif məqamlarda tədris edilir. Eyni zamanda, buna Fizikada da buna rast gəlinir.

Kainat təsəvvürü kurikulum proqramlarında, artıq nəzərə alınıb. Bu fənnə marağın formalaşmasında X-XI siniflərdəki təmayülləşmə prosesi də əhəmiyyətli rol oynayır. Məsələn, şagird təbiət yönümlü ixtisaslara hazırlaşırsa, o, Coğrafiya və Fizikadan tədris olunan astronomik bilgilərə də malik olur”.

Azərbaycanda kosmonavt olmaq istəyənlərin sayının çox olmasına baxmayaraq, bu cür kadr və peyk mütəxəssisləri niyə yetişmir?

Müsahibimiz qeyd edib ki, Azərbaycanda neft və qeyri-neft sektoru daha çox inkişaf edib:

“Peykimizi kosmosa təzəlikcə göndərmişik. Hələ bir neçə ildir ki, “Azerspace” adlı peykimiz var. Dünya isə bu təcrübədən çoxdan istifadə edir.

Gənc Respublika üçün kosmosa peyk göndərmək mütərəqqi addımdır. Gələcəkdə bu istiqamət daha da güclənəcək. Bunun əsas səbəbi texnologiya əsrində yaşamağımızdır.

Kosmos sənayesi inkişaf etdikcə ixtisaslı kadrlara ehtiyac daha da artacaq və onlar bu sahədə öz yerlərini tapacaqlar”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları” sənədində “Astronomiya” fənn kimi tədris fənlərinin arasından çıxardılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları