Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-06 00:57:00
Azərbaycanda 6 ballıq zəlzələ oldu - RƏSMİ, YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi respublikamızda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

 

Zəlzələ nəticəsində hər hansı dağıntı və təlafatın olub-olmaması ilə bağlı məlumat verilmir.

 

***

 

Bu gün saat 23:30 radələrində paytaxtın bəzi ərazilərində yeraltı təkanlar hiss edilib. Modern.az xəbər verir ki, hadisə barədə hazırda sosial şəbəklərdə də məlumatlar yayılmağa başlayıb. Məlumatlara görə, yeraltı təkanlar təqribən 3-4 maqnituda gücündə olub.

 

Baş verən zəlzələ ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

 

Qeyd edək ki, bu gün günorta saatlarında Azərbaycanın cənub bölgəsində də zəlzələ olub. Zəlzələ nəticəsində dağıntılar və hər hansı təlafat qeydə alınmayıb.