Azedu.az

Gəncədə 5 şagird zəhərlənib - RTİ-dən AÇIQLAMA

Hadisə

1 Oktyabr 2026, 13:55
Gəncədə 5 şagird zəhərlənib - RTİ-dən AÇIQLAMA

Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib.

Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.

Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. 

Bildirlib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır.

13:40

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

AzEdu.az xəbər verir ki, Gəncədə olan məktəblərin birində təhsil alan 5 şagird zəhərlənib.

Onları müəllimlərin köməyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriblər.

Hazırda şagirdlərə tibbi yardım göstərilir.

 

Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox