II sinif şagirdi Rəhiməxanım Nəbiyeva beynəlxalq yarışın qalibi olub.
AzEdu.az Azərbaycan müəllimi qəzetinə istinadən xəbər verir ki, o, paytaxtdakı 24 nömrəli 11 illik musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alır.
Azyaşlı Türkiyədə keçirilən “Caspi-art Uluslararası Sanat Yarışması”na qatılaraq II yerə layiq görülüb və diplomla mükafatlandırılıb. Yeniyetmə sevinir ki, ifası münsiflər heyəti tərəfindən bəyənilib. Sənət yolunda ilk addımlarını atan qız gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyinə söz verib. Müəllimi Mehparə Məmmədəliyeva onun uğurlarını həmişə qiymətləndirir. İnanır ki, beynəlxalq festival və müsabiqələrdə I yeri tutacaq.