Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-02 21:56:00
İstedadlı gənclər mükafatlandırıldı

Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə təntənəli mərasim keçirilib. AzEdu.az xəbər verir ki, tədbirdə 2018-ci ildə yüksək fəallığı ilə seçilən gənclər və gənclər təşkilatları mükafatlandırılıb.

 

Əvvəlcə 2018-ci ildə Azərbaycan gənclər sahəsində həyata keçirilən tədbirləri əks etdirən videoçarx yayımlanıb.

 

Mərasimdə Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlar, bu sahədə reallaşdırılan proqram, strategiya və layihələr, gənclərimiz üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 1997-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib. Həmin tarixdən başlayaraq, Azərbaycan Gəncləri Günü respublikamızda geniş qeyd olunur. Gənclər və İdman Nazirliyi tərəfindən hər il Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif tədbirlər keçirilir. İstedadlı və yaradıcı gənclərin mükafatlandırılması da məhz belə tədbirlərdən biridir.

 

Tədbirdə 2018-ci ildə memarlıq, təsviri sənət, musiqi, teatr, ədəbiyyat, ictimai fəaliyyət, elm, təhsil sahələrində fərqlənən gənclər təltif olunublar.

 

Bundan başqa, dövlət gənclər siyasətinin həyata keçirilməsində uğurlu fəaliyyəti ilə seçilən bir sıra gənclər təşkilatları da mükafatlara layiq görülüb.

 

Tədbir bədii hissə ilə davam edib.