Azedu.az

Sertifikasiya sualları çətin salınmalıdır? - Müəllimdən maraqlı izah 

Sertifikasiya

24 Sentyabr 2026, 15:27
Sertifikasiya sualları çətin salınmalıdır? - Müəllimdən maraqlı izah 

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə start verilib. Artıq test mərhələsində uğurlu nəticə göstərən müəllimlər növbəti mərhələdə öz pedaqoji və metodik bacarıqlarını nümayiş etdirirlər. Onlardan biri də Rəhman İsrafil oğlu Süleymanlıdır.

Belə ki, 2025-2026-cı tədris ili üzrə sertifikasiya imtahanında 59 bal toplayıb və dünən müsahibə mərhələsində iştirak edib. 

Müsahibimiz təklif edib ki, sertifikasiya prosesi 5 ildən bir dəfə yox, 3 ildən bir olsun:

"Pedaqoji stajım 2022-ci ildən etibarən başlanıb. 2023-cü ildə müəllimlərin işə qəbulu imtahanında respublika ikincisi olmuşam.  

Təlimçiyəm. Hər il yüzlərlə müdavimim respublika səviyyəli yerlər tutur:  həm MİQ-in test imtahanlarında, həm də sertifikasiyanın. Özüm də sertifikasiya  müsabiqəsində 59 bal toplamışam. Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 45 nömrəli tam orta məktəbdə çalışıram. Sertifikasiyadan ilk əvvəl 57 bal toplamışdım. Daha sonra iki suallımla bağlı apelliyasiyaya müraciət etdim və nəticəmə iki bal da əlavə olundu. Məni maksimum baldan məhrum edən sual isə Səfəvilərlə bağlı idi.  Mən həmişə abituriyent və müdavimlərimə imtahan zamanı diqqətli olmalarını tapşırıram. Amma bu sualda səhv etməyim isə öz diqqətsizliyimdən oldu. Bir anlıq fikir dağınıqlığı ilə çox sadə bir sualı səhv yazdım. 

Müsahibə mərhələsi də çox rahat keçdi. Ümumiyyətlə, komissiya üzvləri çox pozitiv insanlar idi. Verdikləri suallar da  istər metodik suallar olsun, istərsə də icmallarla bağlı suallar  sırf orta məktəb tədrisinə uyğun idi. Yəni bir müəllimin həqiqətən də pedaqoji təcrübəsini əks etdirə biləcək  suallar ünvanlanmışdı.  Nəticədə müsahibə mərhələsindən də yüksək bal gözləyirəm. Çünki, komissiyanın ünvanladığı bütün sualları asanlıqla cavablandırdım". 

Sualların çətin olması müəllimin peşəkarlığını göstərən faktor kimi qiymətləndirilməlidir:

"Ümumiyyətlə, düşünürəm ki, müəllimə abituriyent səviyyəsində sual düşməməlidir. Sualların çətin olması müəllimin peşəkarlığını göstərən faktor kimi qiymətləndirilməlidir. Səhv sualların olması məsələsinə gəlincə, insan səhvə yol verə bilər. Ədalət bərpa olundusa məncə, problem yoxdur. Sualların tərkibində asan, orta və çətin suallar var idi. Bu da normada 30 balı keçə bilmək üçün kifayət edirdi. Daha yüksək, yəni 50-dən yuxarı bal toplamaq üçün bir qədər çətin suallar var idi.  

Sertifikasiya prosesinin aparılmasını çox yüksək dəyərləndirirəm. İnsan faktorudur  bəzən şərait, qanun olmasa, tənbəllik edə bilərik. Ona görə də bu prosesi çox alqışlayıram. Hətta təklif edərdim ki, bu proses 5 ildən bir dəfə yox, 3 ildən bir olsun. Müəllimlər daim öz üzərlərində çalışsınlar.  

Abituriyent hazırlığı ilə MİQ və sertifikasiya hazırlığı eyni proses deyil. Biz müəllimik sadəcə öyrətmirik, eyni zamanda öyrənirik. Kimdənsə öyrənmək, istiqamət almaq eyib məsələ deyil.  Müəllimin hər an test yazmaq, öz üzərində işləmək imkanı olmaya bilər. Ona görə də sistemli şəkildə dəstək almağın təfdarıyam".

TƏCİLİ! Xəzərdə faciə - Hərbçilər ö*ldü
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox