AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, mükafat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşkilatçılığı ilə fevralın 2-də Bakıda keçirilən Ümumdünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumunda təqdim olunub.
Fəxri mükafatı akademik Cəmil Əliyevə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məsul işçisi, BMT Beynəlxalq Mükafatlar Şurasının Cenevrə ofisinin rəhbəri Mehmet Şükrü Güzel təqdim edib. O, Milli Onkologiya Mərkəzinə və akademik C.Əliyevə yeni nailiyyətlər arzulayıb.