Dövlət İmtahan Mərkəzi tərəfindən ötən il noyabrın 27-də elan olunan 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə yekunlaşıb.
DİM-dən AzEdu.az-a bildiriblər ki, müsahibədə iştirak üçün 200 nəfər müraciət edib. Müsahibədə iştirak edənlərdən 63 nəfər vəzifəyə uyğun bilinib. Uğur qazananların 49-u Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, 4-ü Dövlət Turizm Agentliyini, 4-ü Maliyyə Nazirliyini, 3-ü Energetika Nazirliyini, 2-si Ali Attestasiya Komissiyasını, 1-i isə Sumqayıt Apellyasiya Məhkəməsini seçib.
Qeyd edək ki, müsahibəyə mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 65 vakant vəzifə çıxarılıb.