Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-01 12:32:00
Mərkəzi Elmi Kitabxanaya iki mindən çox pulsuz nüsxə təqdim olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 2019-cu ilin yanvar ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirib.

MEK-dən AzEdu.az-a bildirilib ki, fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayev təqdimatla çıxış edərək yanvar ayı ərzində kitabxanaya daxil olan sənədlər haqqında məlumat verib. Bildirib ki, yanvar ayı ərzində kitabxanaya 2 mindən çox pulsuz məcburi nüsxə, hədiyyə, satınalma və beynəlxalq kitab mübadiləsi yolu ilə kitab, jurnal, qəzet və elektron resurs daxil olub.

X.Ağayeva MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) layihəsindən də danışıb.

Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Sayalı Sadıqova, AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktoru Mahmizər Mehdibəyova, Xədicə İsgəndərli və filologiya üzrə elmlər doktoru Salidə Şəmmədqızı, Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Firuzə Cəfərova, AMEA-nın Folklor İnstitutunun əməkdaşları Vüsal Səfiyeva və Aynur Qəzənfərqızı təqdim edilən sənədlərin elmi dəyərini, oxu mədəniyyətinin təbliği baxımından əhəmiyyətini vurğulayıblar.

Tədbirdə kitab müəllifləri və nəşriyyat evləri tərəfindən yeni nəşrlərin elektron versiyasının MEK-ə təqdim edilməsinin zəruriliyi səsləndirilib.