Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-31 15:42:00
IX sinif buraxılış imtahanlarında balların hesablanma qaydası – Ekspert izahı

Azərbaycanda IX siniflər üzrə buraxılış imtahanları üç fənn-Azərbaycan dili, Xarici dil və Riyaziyyat üzrə iki mərhələdə həyata keçirilir.

Birinci mərhələdə şagirdlərə Azərbaycan dili üzrə 20 tapşırıq, xarici dil üzrə 15 tapşırıq və riyaziyyat üzrə 10 tapşırıq təqdim olunur. Ümumilikdə 45 tapşırıq  3 saat vaxt ərzində cavablandırılmalıdır.

Bu mərhələdə şagirdin toplaya biləcəyi yüksək bal 90-dır. İkinci mərhələdə isə hər fənn üzrə ayrılıqda 30 tapşırıq, ümumilikdə isə 90 tapşırıq şagirdlərə təqdim olunur. Bu tapşırıqları yerinə yetirmək üçün isə 2 saat 15 dəqiqə vaxt ayrılır. Şagirdin toplaya biləcəyi yüksək bal 210-dur.

AzEdu.az təhsil üzrə mütəxəssis Elçin Əfəndinin izahı ilə IX sinif buraxılış imtahanlarında balların hesablanma qaydasını təqdim edir:

Birinci mərhələ üzrə balların hesablanma qaydası:

Azərbaycan dili üzrə ümumilikdə 20 tapşırıq verilir ki, bunlardan 10 tapşırıq açıq, 10-u isə qapalıdır. Şagird bütün tapşırıqları düzgün yazarsa, hesablanma belə olacaq:

2*nd(açıq) , yəni 2*10=20. ( açıq tipli tapşırıqlardan topladığı bal)

Alınan nəticənin üzərinə nd(qapalı) düsturunu tətbiq edirik.

Yəni, açıq tapşırıqlardan alınan balın üzərinə 10 əlavə edirik. ( düzgün cavabların sayı 10 olduğuna görə) 20+10=30 bal alırıq.

Xarici dil üzrə ümumilikdə 15 tapşırıq verilir ki, bunlardan 6 tapşırıq açıq, 9-u  isə qapalıdır.

Şagird hamısını düzgün yazarsa, hesablanma belə olacaq:

10:7*(2nd(açıq)+nd(qapalı)).

Burada birinci mörtərizənin içərisini hesablayırıq:

2*6=12

12+9=21.

Bundan sonra isə 10-u 7-yə bölüb, 21-ə vururuq. Nəticədə 30 bal alırıq.

Riyaziyyat üzrə isə verilən 10 tapşırıq hamısı açıqdır.

Şagird hamısını düzgün yazarsa, hesablanma belə olacaq:

3*nd(açıq). Burada 3*10=30 bal alırıq.

İkinci mərhələ üzrə balların hesablanma qaydası isə bütün fənlər üzrə eynidir.

Belə ki, Azərbaycan dili üzrə 30 qapalı test tapşırığı verilir.

Hamısı doğru yazılarsa:

7:3*nd. Burada alınan nəticəni, yəni 2,3333333333333333*30=70 bal.

Xarici dil üzrə 30 qapalı test tapşırığı verilir.

Hamısı doğru yazılarsa: 7:3*nd. Burada alınan nəticəni, yəni 2,3333333333333333*30=70 bal.

Riyaziyyat üzrə 30 qapalı test tapşırığı verilir.

Hamısı doğru yazılarsa: 7:3*nd. Burada alınan nəticəni, yəni 2,3333333333333333*30=70 bal.

Hər iki mərhələ üzrə şagirdlərə Azərbaycan dilindən 50, xarici dildən 45, riayziyyatdan isə 40 tapşırıq təqdim olunur. Hər fənn üzrə maximum əldə ediləcək bal 100, ümumilikdə isə 300-dür.

Ballara görə qiymətləndirməyə gəldikdə, bu barədə Dövlət İmtahan Mərkəzi hələlik heç bir məlumat verməyib. Təxmini hesablamalara görə isə düşünürəm ki, hər iki mərhələnin nəticəsinə əsasən, 40 baladək  “2”, 40-70 bal arası  “3”, 70-90 bal arası “4”, 90-100 bal arası isə  “5” balla qiymətləndirilə bilər.

Xatırladaq ki, izah Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi rəsmi düsturlara əsaslanır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları