Son günlər ali məktəbə qəbul olmaq üçün ixtisas seçimi edən abituriyentlərin ən çox gözlədiyi məqam müsabiqənin nəticələrinin açıqlanmasıdır. İxtisas seçimi avqustun 19-da başa çatdıqdan sonra minlərlə abituriyent nəticələrin nə vaxt elan olunacağını səbirsizliklə gözləyir.
Sosial şəbəkələrdə və müxtəlif platformalarda nəticələrin məhz bu gün açıqlanacağı ilə bağlı iddialar da yayılıb.
Bəs ixtisas seçiminin nəticələri bu gün açıqlanacaqmı?
Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, ixtisas seçiminin nəticələri növbəti həftənin əvvəlində elan olunacaq.
Bu səbəbdən nəticələrin bu gün açıqlanacağı ilə bağlı yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb.
Qeyd edək ki, bu il ümumilikdə 87 139 abituriyent ixtisas seçimində iştirak edib.