Azedu.az

MİQ üzrə müsahibə tarixləri açıqlanıb

MİQ

21 Avqust 2026, 19:00
MİQ üzrə müsahibə tarixləri açıqlanıb

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, avqustun 26-dan etibarən başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi 2 sentyabradək davam edəcək. Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən qiymətləndiriləcək. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edəcəklər.

Nəzərinizə çatdırırıq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədikləri halda bu, seçdikləri vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli əmək müqaviləsi ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Rusiyada soydaşlarımıza SİLAHLI BASQIN: Qandonduran GÖRÜNTÜLƏR
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox