ABŞ və Böyük Britaniyanın tədqiqat və təhsil sahəsindəki liderlik qazanmasında dünyanın hər yerindən cəlb etdikləri əcnəbi istedadların əhəmiyyətli rolunu qeyd etməmək olmaz.
AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov "feysbuk" hesabında paylaşıb.
Rektor qeyd edib ki, xarici istedadların cəlb edilməsində onlara verilən əmək haqqı və edilən ödənişlər həlledici amillərdəndir. Amma indi görünən odur ki, vəziyyət dəyişir. Amerika Universitet Professorları Assosiasiyasının (American Association of University Professors - AAUP) 2025–2026-cı illər üzrə məlumatlarına görə, ABŞ-da tam ştatlı professor-müəllim heyətinin əməkhaqları nominal ifadədə 2,3% artıb, lakin inflyasiya nəzərə alındıqda real ifadədə 0,4% azalıb.
Real əməkhaqları pandemiyadan əvvəlki səviyyədən də hələ aşağı olaraq qalır. Bu tendensiyanın uzunmüddətli olub olmayacağını zaman göstərəcək. Əsas nəticə odur ki, əcnəbi istedadlara göstərilən münasibətin dayanıqlılığı da artıq şübhə altına alınır. Maraqlısı odur ki, ABŞ-dan fərqlli olaraq Çin "Milli İstedad Proqramı" reallaşdırır və daha çox əcnəbi istedadları cəlb etmək siyasətini genişləndirir.