Azedu.az

İngilis dilini öyrənən azyaşlılar üçün imtahana qeydiyyat başlanır  

Dövlət İmtahan Mərkəzi

13 Avqust 2026, 15:53
İngilis dilini öyrənən azyaşlılar üçün imtahana qeydiyyat başlanır  

“Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir.

AzEdu.az xəbər verir ki, imtahan 17 oktyabr 2026-cı il tarixində keçiriləcək. Son qeydiyyat tarixi 1 sentyabr 2026-cı ildir.

Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları (6-12 yaş) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.

İmtahana qeydiyyat üçün linkə daxil ola bilərsiniz.

İmtahana gələn namizədlər mütləq şəkildə Confirmation of Entry (CoE) sənədini ([email protected] ünvanından göndərilir), rəngli karandaşları, pozanı, yonanı və etiketsiz suyu özləri ilə gətirməlidirlər.

Putinə görə ARA QARIŞDI - Rusiyaya sərt etirazlar
Son xəbərlərDaha çox