Azedu.az

DSX Akademiyasına əlavə sənəd qəbulu elan edilir

Dövlət İmtahan Mərkəzi

12 Avqust 2026, 15:53
DSX Akademiyasına əlavə sənəd qəbulu elan edilir

Dövlət Sərhəd Xidmətinin Akademiyasının “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisası üzrə plan yerlərinin komplektləşdirilməsi məqsədilə əlavə sənəd qəbulu elan edilir.

Hazırkı sənəd qəbulunda cari ildə I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının hər hansı birində iştirak edərək ümumi 170 və daha çox bal toplayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Abituriyentlər 13 – 14 avqust 2026-cı il tarixlərində Dövlət Sərhəd Xidmətinin Aparatına (Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76) müraciət edə bilərlər.

Əlaqə nömrəsi: 012-493-62-47 

Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...
Son xəbərlərDaha çox