![](https://azedu.az/uploads/news/2019/01/azedu.az_725789_619.jpg)
"Gartner" şirkəti 2019-cu il və sonrakı illər üçün dünya informasiya texnologiyaları (İT) bazarı üçün proqnoz dərc edib.
AzEdu.az xəbər verir ki, qiymətləndirməyə görə, 2018-ci ildə pul ifadəsində sahənin həcmi 3,65 trilyon dollar təşkil edib və illik hesablamada artım 3,9 səviyyəsində olub.
Şirkət analitiklərinin proqnozuna görə, bu il İT sahəsində ümumi xərclər 3,77 trilyon dollara çatacaq. Beləliklə, bazarda 3,2 faizlik artım gözlənilir.
Məlumat emalı mərkəzləri üçün sistemlərin ümumi xərclərin həcmində payı 210 milyard dollara bərabər olacaq. Korporativ sinifli proqram təminatı 431 milyard qazanc gətirəcək. Avadanlıq seqmentində xərclər isə 679 milyard dollar qiymətləndirilir.
Ən böyük seqment 1,42 trilyon dollar məbləğində proqnozlaşdırılan mədaxillə kommunikasiya servisləri sektoru olaraq qalacaq. Bundan başqa, İT servislərindən təxminən 1,03 trilyon dollar qazanc götürüləcək.
2020-ci ildə bazarda artımın davam edəcəyi gözlənilir: onun həcminin 3,88 trilyon dollara çatacağı ehtimal olunur. Bu proqnoz özünü doğruldacağı təqdirdə mədaxil artımı cari illə müqayisədə 2,8 faiz təşkil edəcək.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)