Azedu.az

Həmyaşıdları tərəfindən yandırılan məktəbli öldü - Moskvada

29 Yanvar 2019, 14:19
Həmyaşıdları tərəfindən yandırılan məktəbli öldü - Moskvada

Moskvada həmyaşıdları tərəfindən yaşadığı evin blokunda yandırılan məktəbli ölüb. 

AzEdu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı səhiyyə xidmətindəki mənbə məlumat verib. 

“15 yaşlı 10-cu sinif şagirdi həkimlərin bütün cəhdlərinə baxmayaraq, ölüb. O, bədəninin 90 faiz hissəsinin yanığı ilə xəstəxanaya yerləşdirilmişdi”, – mənbə bildirib. 

Hadisədə şübhəli bilinən yeniyetmələr həbs edilib.

Xatırladaq ki, hadisə yanvarın 25-də baş verib. Yeniyetmələr məktəblinin üzərinə benzin tökərək, onu yandırıblar.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox