Azedu.az

Türkiyədə təhsil alacaq tələbələrlə görüş keçirilib

İmtahanlar və qəbul məsələləri

5 Avqust 2026, 22:59
Türkiyədə təhsil alacaq tələbələrlə görüş keçirilib

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanan Proqram iştirakçıları ilə onlayn görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüş zamanı Dövlət Proqramı iştirakçılarının Türkiyədəki təhsil müddətində sosial fəaliyyətlərinin dəstəklənməsi, onların universitet həyatına uğurlu inteqrasiyası və təmsilçilik fəaliyyəti istiqamətində məsələlərə toxunulub.

Tələbələrə təhsil alacaqları ali təhsil müəssisələrinin təqdim etdiyi akademik imkanlardan səmərəli istifadə etmələri, universitetdaxili layihələrə, elmi-tədqiqat fəaliyyətinə diqqət ayırmaları və tələbə birliklərində fəal iştirak etmələri tövsiyə edilib.

Prezident köməkçisindən SƏRT AÇIQLAMA: Buna imkan verməyəcəyik!
Son xəbərlərDaha çox