Azedu.az

Tədris mərkəzlərinin fəaliyyəti təkmilləşdirilir

29 Yanvar 2019, 12:33
Tədris mərkəzlərinin fəaliyyəti təkmilləşdirilir

Dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq.

AzEdu.az xəbər verir ki, tədbirlər planı “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” üzrə işlənəcək. Məqsəd dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin dövrün tələblərinə uyğunlaşdırılmasıdır.

Strategiyada Nazirlər Kabineti, Dövlət İmtahan Mərkəzi və müvafiq dövlət orqanları normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən olunub.

Xatırladaq ki, Strategiya Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox