Azedu.az

Qiyabi təhsil "risk zonası"ndadır? - "Yeni qaydaların tətbiqinə ehtiyac var"

İmtahanlar və qəbul məsələləri

6 Avqust 2026, 11:32
Qiyabi təhsil "risk zonası"ndadır? - "Yeni qaydaların tətbiqinə ehtiyac var"

Əmək bazarının sürətlə dəyişdiyi və texnoloji bacarıqların əsas tələbə çevrildiyi müasir dövrdə, ənənəvi qiyabi təhsil modeli keyfiyyət standartlarına nə dərəcədə cavab verə bilir və bu forma öz funksiyasını itirirmi?

Qiyabi təhsil alan şəxslərin rəqabətədavamlılığını artırmaq üçün ali təhsil müəssisələri və ya dövlət qurumları hansı alternativ mexanizmlər ətbiq etməlidirlər?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən elm və təhsil eksperti Səbuhi Abdullayev qeyd edib ki, dəyişən əmək bazarında qiyabi təhsil alanlar üçün əmək bazarına inteqrasiya olunmaq, eyni zamanda həmin tələblərə cavab vermək kifayət qədər çətindir.

170988

"Amma bununla yanaşı, öz üzərində işləyən, eyni zamanda təhsil pilləsinin normativ qaydalarına riayət edən hər kəsin yaxşı təhsil ala biləcəyini, özünü inkişaf etdirə və əmək bazarına inteqrasiya oluna biləcəyini düşünürəm. Amma ümumi götürdükdə isə bu, əyani təhsildə daha yüksək səviyyədədir.

Və bununla yanaşı, qiyabi təhsilin burada məqsədi ondan ibarətdir ki, işləyənlər üçün əlavə imkanlar yaradılsın, özlərini inkişaf etdirə bilsinlər. Hansı ki, işlədikləri yerlərdə ali təhsili olmadan çalışırlar - orta ümumi təhsil bazasının sənədi vasitəsilə işləyirlər  və istəyirlər ki, ali təhsil sənədi alaraq daha da irəli getsinlər. Amma bəzi ixtisaslarda, təbii ki, qiyabi təhsil artıq yığışdırılıb. Bunlar praktika tələb edən ixtisaslardır.

Bununla yanaşı, magistratura istiqamətində qiyabi təhsil uzun müddətdir ki, ləğv olunub. Düşünürəm ki, sürətli dəyişən əmək bazarı ilə bağlı yeni qaydaların tətbiq olunmasına da ehtiyac var. Bu, əsasən Elm və Təhsil Nazirliyinin, eyni zamanda Nazirlər Kabinetinin səlahiyyətində olan, belə deyək, bir məsələdir. Düşünürəm ki, bununla bağlı da yeni qaydalar üzərində işləmək məqsədəuyğun olar".

Bakı Putini dəliyə döndərdi - Bayramov Ukraynada bu şəxslə görüşdü
Son xəbərlərDaha çox