11-ci sinif şagirdlərinin buraxılış imtahanının Rus dili fənni üzrə yüksək nəticə göstərən məktəbləri açıqlanıb.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Orta bal göstəricisinə əsasən, ilk yeri 132-134 nömrəli lisey tutub. Təhsil müəssisəsinin 16 məzunu buraxılış imtahanında iştirak edib və onların orta bal göstəricisi 92,35 faiz təşkil edib.
İkinci pillədə Landau School ümumi təhsil müəssisəsi MMC-nin Yasamal filialı qərarlaşıb. Buraxılış imtahanında iştirak edən 60 şagirdin orta bal göstəricisi 91,01 faiz olub.
İlk üçlüyü isə H. Əliyev adına Müasir Təhsil Kompleksi tamamlayıb. Buraxılış imtahanında iştirak edən 10 şagirdin orta bal göstəricisi 88,57 faiz təşkil edib.
“Oxbridge Academy” ümumi təhsil müəssisəsində buraxılış imtahanında iştirak edən 29 şagirdin orta bal göstəricisi 83,05 faiz təşkil edib.
ADA Universitetinin nəzdində “ADA” məktəbində buraxılış imtahanında iştirak edən 138 şagirdin orta bal göstəricisi 82,62 faiz olub.
“Baku Oxford School” orta ümumtəhsil məktəbində buraxılış imtahanında iştirak edən 52 şagirdin orta bal göstəricisi 80,59 faiz təşkil edib.
Xəzər Universitetinin nəzdində “Dünya” məktəbində buraxılış imtahanında iştirak edən 46 şagirdin orta bal göstəricisi 80,33 faiz olub.
Qusar rayonu Həzrə kənd tam orta məktəbində buraxılış imtahanında iştirak edən 14 şagirdin orta bal göstəricisi 68,48 faiz təşkil edib.
SABIS SUN Beynəlxalq məktəbində buraxılış imtahanında iştirak edən 33 şagirdin orta bal göstəricisi 66,68 faiz olub.
Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbində buraxılış imtahanında iştirak edən 37 şagirdin orta bal göstəricisi 61,04 faiz təşkil edib.
Azərbaycan British College təhsil kompleksində buraxılış imtahanında iştirak edən 18 şagirdin orta bal göstəricisi 59,71 faiz olub.
“Evrika” liseyində buraxılış imtahanında iştirak edən 10 şagirdin orta bal göstəricisi 58,02 faiz təşkil edib.
Avropa Azərbaycan məktəbində buraxılış imtahanında iştirak edən 42 şagirdin orta bal göstəricisi 55,56 faiz olub.
Qusar rayonu Ləcət kənd tam orta məktəbində buraxılış imtahanında iştirak edən 11 şagirdin orta bal göstəricisi 54,89 faiz təşkil edib.
Qazax rayonu Ürkməzli kənd tam orta məktəbində buraxılış imtahanında iştirak edən 13 şagirdin orta bal göstəricisi 54,82 faiz olub.