Azedu.az

11-ci siniflərin ingilis dili üzrə ən uğurlu MƏKTƏBLƏRİ

Orta təhsil

30 İyul 2026, 15:42
11-ci siniflərin ingilis dili üzrə ən uğurlu MƏKTƏBLƏRİ

11-ci sinif şagirdlərinin buraxılış imtahanının İngilis dili fənni üzrə yüksək nəticə göstərən məktəbləri açıqlanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Orta bal göstəricisinə əsasən, ilk yeri Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyası tutub. Məktəbin 62 məzunu buraxılış imtahanında iştirak edib və onların orta bal göstəricisi 94,57 faiz təşkil edib.

İkinci pillədə BDU-nun nəzdində fəaliyyət göstərən Bakı Türk liseyi qərarlaşıb. Bu təhsil müəssisəsində imtahanda iştirak edən 181 şagirdin orta balı 93,04 faiz olub.

İlk üçlüyü isə Fizika, riyaziyyat və informatika təmayüllü lisey tamamlayıb. Liseyin 134 şagirdi buraxılış imtahanında iştirak edib və onların orta bal göstəricisi 90,44 faiz olub.

Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyində buraxılış imtahanında iştirak edən 55 şagirdin orta bal göstəricisi 90,25 faiz təşkil edib.

Akademik Zərifə Əliyeva adına liseydə buraxılış imtahanında iştirak edən 232 şagirdin orta bal göstəricisi 89,79 faiz olub.

Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyində buraxılış imtahanında iştirak edən 44 şagirdin orta bal göstəricisi 89,53 faiz təşkil edib.

“Kaspi” liseyinin Xətai filialında buraxılış imtahanında iştirak edən 32 şagirdin orta bal göstəricisi 89,40 faiz olub.

Bakı Avropa liseyində buraxılış imtahanında iştirak edən 89 şagirdin orta bal göstəricisi 88,89 faiz təşkil edib.

Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyində buraxılış imtahanında iştirak edən 40 şagirdin orta bal göstəricisi 87,98 faiz olub.

Zaqatala rayonu Humanitar təmayüllü gimnaziyasında buraxılış imtahanında iştirak edən 20 şagirdin orta bal göstəricisi 87,63 faiz təşkil edib.

Kimya-biologiya təmayüllü liseyində buraxılış imtahanında iştirak edən 71 şagirdin orta bal göstəricisi 87,51 faiz olub.

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində buraxılış imtahanında iştirak edən 61 şagirdin orta bal göstəricisi 87,24 faiz təşkil edib.

Xəzər Universitetinin nəzdində “Dünya” məktəbində buraxılış imtahanında iştirak edən 39 şagirdin orta bal göstəricisi 86,68 faiz olub.

Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyində buraxılış imtahanında iştirak edən 49 şagirdin orta bal göstəricisi 85,01 faiz təşkil edib.

Şəki rayonu Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyində buraxılış imtahanında iştirak edən 27 şagirdin orta bal göstəricisi 84,10 faiz olub.

Sumqayıt şəhəri “İstedad” liseyində buraxılış imtahanında iştirak edən 61 şagirdin orta bal göstəricisi 83,87 faiz təşkil edib.

Landau School Ümumi Təhsil Müəssisəsi MMC-nin Nərimanov filialında buraxılış imtahanında iştirak edən 23 şagirdin orta bal göstəricisi 83,80 faiz olub.

XXI əsr - Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində buraxılış imtahanında iştirak edən 18 şagirdin orta bal göstəricisi 83,34 faiz təşkil edib.

Zaqatala rayonu Texniki fənlər liseyində buraxılış imtahanında iştirak edən 23 şagirdin orta bal göstəricisi 83,33 faiz olub.

Heydər Əliyev adına liseydə buraxılış imtahanında iştirak edən 99 şagirdin orta bal göstəricisi 82,75 faiz təşkil edib.

Azərbaycanda SKANDAL OLAY: 15 yaşlı qızla evlənən şəxs HƏBS EDİLDİ
Son xəbərlərDaha çox