Azedu.az

Sertifikasiyanın üçüncü günü BAŞLAYIR

Sertifikasiya

19 İyun 2026, 09:52
Sertifikasiyanın üçüncü günü BAŞLAYIR

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin üçüncü günü başlayır.

AzEdu.az xəbər verir ki, bu gün təsviri incəsənət, Fizika, Kimya, Biologiya, Fransız dili,  Alman dili,  Azərbaycan dili, Rus dili və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı üzrə sertifikasiya keçiriləcək.

Qeyd edək ki, sertifikasiyanın birinci günündə 606 nəfər, 3548 nəfər müəllim iştirak edib. Ümumilikdə 98% davamiyyət qeydə alınıb.

Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 19 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 35 imtahan mərkəzində təşkil edilir.

Xatırladaq ki, sertifikatlaşdırmadan uğurla keçən 24 minə yaxın müəllimin vəzifə maaşı 35 faiz, 49 mindən çox müəllimin maaşı isə 10 faiz artırılıb.

Moskvanın külünü göyə sovurdular: Putin cəhənnəm atəşində
Son xəbərlərDaha çox