Azedu.az

“İmtahan vermək üçün ideal şərait yaradılmışdı” - sertifikasiyada 58 BAL

Sertifikasiya

18 İyun 2026, 13:03
“İmtahan vermək üçün ideal şərait yaradılmışdı” - sertifikasiyada 58 BAL

“İmtahanda rahat yazmağımız üçün bütün şərait yaradılmışdı”

Bakı şəhəri 248 nömrəli orta məktəbin musiqi müəllimi Əzizə Babayeva sertifikasiya imtahanından sonra AzEdu.az-a təəssüratlarını bölüşüb.

15 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olduğunu bildirən müəllim qeyd edib ki, son 6 ildə 248 nömrəli orta məktəbdə çalışır. O, sertifikasiya imtahanında 58 bal topladığını bildirib.

“İmtahanla bağlı hər şey qaydasında idi. Rahat şəkildə imtahan verməyimiz üçün bütün şərait yaradılmışdı”, -  deyə Ə.Babayeva qeyd edib.

Müəllimin sözlərinə görə, imtahan sualları normal səviyyədə tərtib olunmuşdu və iştirakçıların biliklərini nümayiş etdirməsinə imkan verirdi.

“Suallar normal səviyyədə idi. Cavablandıra biləcəyimiz suallar idi”,- deyə o bildirib.

Ə.Babayeva imtahan zamanı müəyyən qədər həyəcan keçirdiyini etiraf etsə də, bunun nəticəyə ciddi təsir göstərmədiyini vurğulayıb.

Müəllim ümumilikdə sertifikasiya prosesindən razı qaldığını bildirərək həmkarlarına da uğurlar arzulayıb.

Moskvanı qara duman bürüdü - Putin Kazana qaçdı
Son xəbərlərDaha çox