Azedu.az

“Rahat imtahan oldu” -  sertifikasiyadan yüksək bal toplayan müəllim

Sertifikasiya

18 İyun 2026, 12:12
“Rahat imtahan oldu” -  sertifikasiyadan yüksək bal toplayan müəllim

“İxtisas sualları mənim üçün rahat oldu” 

Bakı şəhəri 316 nömrəli tam orta məktəbin musiqi müəllimi Sevda Babayeva sertifikasiya imtahanından sonra AzEdu.az-a təəssüratlarını bölüşüb.

O bildirib ki, imtahanda 57 bal toplayıb və prosesin təşkilindən razı qalıb.

“İmtahan çox şəffaf və aydın şəkildə keçirildi. Bütün qaydalara tam riayət olunurdu, zalda sakit mühit yaradılmışdı. Bu da iştirakçıların rahat şəkildə imtahan verməsinə imkan yaradırdı”, - deyə müəllim qeyd edib.

S.Babayevanın sözlərinə görə, ixtisas fənni üzrə təqdim olunan suallar onun üçün çətinlik yaratmayıb.

“İxtisas üzrə suallar mənə çox rahat gəldi. Demək olar ki, bütün sualları rahatlıqla cavablandıra bildim. Kurikulum hissəsində isə təxminən 3-4 sual daha düşündürücü idi. Bir qədər həyəcan da təsir etdi. Düşünürəm ki, daha diqqətli olsaydım, 60 bal toplamaq da mümkün olardı”,-  deyə o bildirib.

Müəllim sertifikatlaşdırma prosesinin peşəkar inkişaf baxımından mühüm rol oynadığını vurğulayıb.

“Məncə, sertifikasiya çox yaxşı təşəbbüsdür. Bu proses müəllimlərin öz üzərlərində daha çox işləməsinə səbəb olur. Müəllimlər çətinlik çəkdikləri mövzulara yenidən qayıdır, biliklərini artırmağa çalışırlar. Bu da onların peşəkar inkişafına müsbət təsir göstərir”, - deyə S.Babayeva qeyd edib.

O əlavə edib ki, sertifikatlaşdırma müəllimlərin həm bilik və bacarıqlarının inkişafına, həm də daha yüksək nəticələr əldə etməsinə stimul yaradan vacib mexanizmlərdən biridir.

Moskvaya dəhşətli hücum - Azərbaycanlıların ticarət mərkəzi YANIR!
Son xəbərlərDaha çox