Azedu.az

İncəsənət məktəblərində ilk: buraxılış imtahanları keçirilir

İmtahanlar və qəbul məsələləri

9 İyun 2026, 13:53
İncəsənət məktəblərində ilk: buraxılış imtahanları keçirilir

Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəblərində ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanlarına başlanılıb.

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, imtahanlar 8 iyun tarixindən Bakı şəhərində, 10 iyundan etibarən isə ölkə üzrə bütün müvafiq təhsil müəssisələrində keçiriləcək.

Cari tədris ili üzrə imtahanlarda 8000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulur.

Bu ildən etibarən imtahan nəticələrinə uyğun olaraq məzunlara ilk dəfə elektron şəhadətnamələr veriləcək.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox