Azedu.az

İmtahan həm yaddaş, həm məntiq yoxladı - DİM suallarına REAKSİYA

İmtahanlar və qəbul məsələləri

9 İyun 2026, 11:31
İmtahan həm yaddaş, həm məntiq yoxladı - DİM suallarına REAKSİYA

Ötən gün I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirildi. İmtahandan dərhal sonra abituriyentlərin bir qismi biologiya fənnindən sualların asan olduğunu bildirsə də, digərləri əksinə, kifayət qədər qəliz suallarla qarşılaşdıqlarını vurğulayıblar.

Maraqlıdır, builki imtahanı əvvəlki illərlə müqayisə etdikdə sualların ağırlıq dərəcəsində hansı fərqlər nəzərə çarpırdı?

AzEdu.az-a mövzu ilə bağlı "Örnək müəllim", biologiya müəllimi Rəqşanə Məmmədova danışıb.

184706

O, qeyd edib ki,  imtahanda çətin tipli, xüsusilə dərin məntiqi təhlil və riyazi hesablama tələb edən sualların olması tamamilə təbiidir və bu, elmi baxımdan normal qəbul edilməlidir:

"Dünən IV qrup abituriyentləri üçün olduqca mühüm bir gün idi. Ümumi bir qiymətləndirmə aparsaq, deyə bilərəm ki, Biologiya fənni üzrə tərtib olunmuş suallar Dövlət İmtahan Mərkəzinin (DİM) elan etdiyi rəsmi qiymətləndirmə meyarlarına tamamilə əsaslanmışdı. Proqramdan kənar, yaxud metodiki baxımdan qeyri-dəqiq hər hansı bir suala rast gəlmədik.

​Sualların strukturunda həm nəzəri bilikləri, həm də analitik düşüncəni yoxlayan tapşırıqlar balanslaşdırılmışdı. Mövzular dərsliklərin əhatə etdiyi materiallar çərçivəsində idi, lakin bu o demək deyil ki, imtahan sadə idi. Qiymətləndirmə meyarlarının tələb etdiyi kimi, şagirdin sadəcə yaddaşı deyil, həm də bioloji prosesləri dərk etmə və tətbiqetmə bacarığı yoxlanılırdı.

İmtahanda çətin tipli, xüsusilə dərin məntiqi təhlil və riyazi hesablama tələb edən sualların olması tamamilə təbiidir və bu, elmi baxımdan normal qəbul edilməlidir. Biz unutmamalıyıq ki, IV ixtisas qrupunu seçən abituriyentlərin böyük bir hissəsi gələcəyin həkimləridir - onlar Tibb Universitetinə, eləcə də biotexnologiya kimi yüksək bal tələb edən sahələrə iddialıdırlar".

Bakıda əhaliyə Ukraynaya görə XƏBƏRDARLIQ - Bunu etməyin!
Son xəbərlərDaha çox