Azedu.az

Emal Sənayesi Mərkəzi qapılarını ziyarətçilərə açdı

Peşə təhsili

7 İyun 2026, 12:51
Emal Sənayesi Mərkəzi qapılarını ziyarətçilərə açdı

05 iyun 2026-cı il tarixində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı Günü” tədbiri yüksək səviyyədə təşkil olunmuşdur. 

AzEdu.az xəbər verir ki, tədbirin əsas məqsədi peşə təhsilinin imkanlarını, mərkəzdə tədris olunan ixtisasları, müasir tədris mühitini və tələbələrin əldə etdikləri bilik, bacarıq və nailiyyətləri ictimaiyyətə təqdim etmək olmuşdur.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, təhsil ictimaiyyətinin nümayəndələri, məktəb rəhbərləri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak etmişlər.
Qonaqlara mərkəzdə tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilmiş, tədris emalatxanaları, laboratoriyalar və təlim otaqları ilə yaxından tanış olmaq imkanı yaradılmışdır. 

Tədbir çərçivəsində tələbələrin hazırladıqları maketlər, layihələr, əl işləri və yaradıcılıq nümunələri nümayiş etdirilmiş, iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Açıq Qapı Günü ərzində qonaqlara peşə təhsilinin əmək bazarındakı əhəmiyyəti, məzunların karyera imkanları və istehsalat təcrübəsinin rolu barədə geniş məlumat verilmişdir. Tələbələr öz ixtisasları üzrə qazandıqları bilik və bacarıqları təqdimatlar və praktiki nümayişlər vasitəsilə sərgiləmişlər.

Tədbirin sonunda qonaqlar mərkəzdə yaradılmış müasir tədris şəraitini yüksək qiymətləndirmiş, tələbələrin peşə hazırlığı səviyyəsini təqdir etmiş və gələcək fəaliyyətimizdə uğurlar arzulamışlar.

TƏCİLİ! Azərbaycanlıların olduğu gəmilər vuruldu - Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox