Təhsilverənlərin sertifikatlaşdırılması prosesi müəllimlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və təhsil sistemində insan resurslarının inkişafının təmin edilməsi məqsədilə həyata keçirilir.
AzEdu.az sertifikatlaşdırmanın test imtahanı mərhələsi ilə bağlı müəllimləri maraqlandıran əsas suallar və onların cavablarını təqdim edir:
Sual: Namizəd şəxsi kabinetində göstərilən imtahan vaxtı və məkanından fərqli tarixdə və ya başqa məkanda imtahanda iştirak edə bilərmi?
Cavab: Yalnız şəxsi kabinetdə göstərilən tarix, saat və ünvanda təşkil olunan imtahanda iştirak edilməlidir.
Sual: Sertifikatlaşdırma imtahanının müddəti nə qədərdir və imtahan prosesində vaxtın izlənilməsi hansı qaydada həyata keçirilir?
Cavab: Sertifikatlaşdırmanın test mərhələsinin keçirilməsi üçün 120 dəqiqə vaxt ayrılır. İmtahan zamanı vaxt göstəricisi kompüter ekranının sağ yuxarı küncündə əks olunur.
Sual: İmtahan müddəti necə hesablanır?
Cavab: İmtahan müddəti "İmtahana başla" düyməsi klikləndiyi andan etibarən hesablanmağa başlayır.
Sual: İmtahan vaxtı bitdikdə nəticələr necə görünür?
Cavab: İmtahan müddəti başa çatdıqda sistem avtomatik olaraq cavablarınızı yoxlayır və nəticəniz dərhal ekranda görünür.
Qeyd edək ki, 2026-cı il üzrə sertifikatlaşdırılma prosesinin 17-19, 23-25 iyun tarixində təşkil olunması planlaşdırılır. Sertifikasiya prosesində ilk dəfə tarix, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə və musiqi fənlərini tədris edən müəllimlər iştirak edəcəklər. Bununla yanaşı, kimya, biologiya, fizika, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, eləcə də xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili – rus bölməsi, alman dili, fransız dili və s.) müəllimləri də sertifikasiyaya cəlb olunacaqlar.