Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-22 16:50:00
Bakalavrların  diqqətinə - “Magistr” jurnalı sabah çapdan çıxacaq – Çox gözlənilən 1-ci nömrə  

“Magistr ” jurnalının 1-ci nömrəsi sabah nəşr olunacaq.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzi Magistratura sektorunun müdiri Məhəbbət Ələkbərli məlumat verib.

Məlumatda qeyd olunur ki,  jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul qaydalarına aid rəsmi sənədlər və metodiki materiallar dərc olunacaq.

Jurnal iki dildə -  Azərbaycan və rus dillərində çap olunacaq.

Qeyd edək ki, “Magistr ” jurnalının 2-ci nömrəsinin nəşri 1 həftədən sonraya planlaşdırılıb.