Azedu.az

Azərbaycanda 400-ə yaxın afrikalı tələbə təhsil alır

Təhsil Nazirliyi

25 May 2026, 10:15
Azərbaycanda 400-ə yaxın afrikalı tələbə təhsil alır

Son bir neçə ildə Azərbaycanın Afrika ölkələri ilə münasibətləri nəzərəçarpacaq dərəcədə yaxın və fəal olub. Biz bunu yalnız rəsmi görüşlərdə və ya sazişlərdə deyil, insanlararası əlaqələrdə, akademik əməkdaşlıqda və xüsusilə Azərbaycan universitetlərində təhsil alan afrikalı tələbələrin sayının artmasında görürük.

AzEdu.az xəbər verir ki, bunu Azərbaycanın Elm və Təhsil nazirinin müavini Kənan Kərimzadə “Afrika Günü” nə həsr olunan konfransdakı çıxışında deyib.

“Bu gün Azərbaycan universitetlərində 40 Afrika ölkəsindən 360-dan çox afrikalı tələbə təhsil alır. Biz bu tələbələrlə görüşəndə, onlarla söhbət edəndə və onların təcrübələrini dinləyəndə anlayırıq ki, bu əməkdaşlıq yalnız institusional deyil, həm də şəxsi və insani xarakter daşıyır.

Eyni zamanda qeyd etmək istərdim ki, ali təhsil müəssisələrimiz getdikcə daha beynəlxalq xarakter alır. Azərbaycan dilli proqramlarla yanaşı, ingilis, fransız və ərəb dillərində də akademik imkanlar təqdim edirik. Bu isə müxtəlif mədəniyyətlərdən olan tələbələrin özlərini Azərbaycanda daha bağlı, daha inamlı və akademik həyata daha fəal hiss etmələrinə kömək edir”, - nazir müavini qeyd edib.

O, Azərbaycanda təhsil alan bir çox afrikalı tələbə təqaüd imkanları ilə ölkəmizə gəldiyini və bu tələbələrin Azərbaycan dövlətinin dəstək proqramlarından, o cümlədən Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı proqramından yararlandığını bildirib.

“Afrika bu gün dünyanın ən gənc, ən dinamik və ən perspektivli regionlarından biridir. Qlobal inkişafın, innovasiyanın və hətta demoqrafik dəyişikliklərin gələcəyi böyük ölçüdə Afrika gəncliyi tərəfindən formalaşdırılacaq. Məhz buna görə təhsil, elm, texnologiya, peşə hazırlığı və innovasiya sahələrində əməkdaşlıq getdikcə daha mühüm əhəmiyyət kəsb edir. Biz inanırıq ki, Azərbaycan və Afrika ölkələri bu sahələrdə birlikdə mühüm nəticələr əldə edə bilərlər. Eyni zamanda Azərbaycan insan kapitalına sərmayənin əhəmiyyətini çox yaxşı anlayır. Ölkəmiz son illərdə böyük transformasiya və inkişaf yolu keçib və təhsil həmişə tərəqqimizin əsas sütunlarından biri olub”, - Kənan Kərimzadə bildirib.

Rusiyadan HƏYASIZLIQ - Azərbaycana şok zərbə endirdi
Son xəbərlərDaha çox