Azedu.az

Sertifikasiyada texniki xəta: bəzi nəticələr dəyişdi

Sertifikasiya

22 May 2026, 16:34
Sertifikasiyada texniki xəta: bəzi nəticələr dəyişdi

Naxçıvanda 2, 3, 10 və 11 may tarixlərində keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

AzEdu.az-a Naxçıvan MR Təhsil Nazirliyindən bildirilib ki, 11 may tarixində keçirilən Gənclərin Çağırışaqədərki Hərbi Rəhbər vəzifəsi üzrə test imtahanında nəticələrin hesablanması zamanı proqram təminatında 4 sual üzrə texniki xəta qeydə alınıb.

Belə ki, həmin sualların qiymətləndirilməsi zamanı 1 bal əvəzinə səhvən 2 bal hesablanıb və bu səbəbdən bəzi nəticələrdə fərqlər yaranıb.

Bununla bağlı müraciətlərinizi portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə, eyni zamanda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə yaxınlaşaraq edə bilərsiniz.

İran Bakını HƏDƏLƏDİ - Zəngəzuru unudun, yoxsa...
Son xəbərlərDaha çox