Azedu.az

Elm və təhsil naziri Dünya Təhsil Forumunda iştirak edir

Təhsil Nazirliyi

18 May 2026, 14:05
Elm və təhsil naziri Dünya Təhsil Forumunda iştirak edir

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 17–20 may 2026-cı il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən Dünya Təhsil Forumunda iştirak edir. 

AzEdu.az xəbər verir ki, forum “Ortaq gələcək üçün təhsil: sülh, planet, məqsəd və inkişaf yolları” mövzusuna həsr olunub. 
Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən təhsil nazirləri, beynəlxalq təşkilatlar və strateji tərəfdaşlar bir araya gələrək inklüziv, keyfiyyətli və gələcəyə yönəlmiş təhsil sistemlərinin qurulması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müasir çağırışlara uyğun həll yollarının müzakirəsini aparacaqlar.

Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox