Azedu.az

Nazir Londonda azərbaycanlı tələbələrlə görüşdü

Təhsil Nazirliyi

18 May 2026, 13:05
Nazir Londonda azərbaycanlı tələbələrlə görüşdü

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak məqsədilə Londonda işgüzar səfərdədir.

Nazirlikdən AzEdu.az-a bildirilib ki, səfər çərçivəsində 2022–2028-ci illər üçün Dövlət Proqramı üzrə Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da iştirak edib.

Görüş zamanı Dövlət Proqramının perspektivləri, beynəlxalq təhsil təcrübəsinin insan kapitalının inkişafına töhfəsi, eləcə də məzunların ölkənin elm, təhsil və innovasiya ekosistemində rolu ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Emin Əmrullayev xaricdə təhsil alan azərbaycanlı gənclərin əldə etdikləri bilik və bacarıqların ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Nazir tələbələrin akademik fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlərlə maraqlanıb, onları akademik və peşəkar inkişaf istiqamətində fəal olmağa təşviq edib.

Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, fikir və təklifləri dinlənilib, həmçinin onların təhsillərini başa vurduqdan sonra Azərbaycanda mövcud karyera və iş imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox