Azedu.az

Sertifikasiya: imtahan vaxtı və məkanını müəllimlər nə zaman biləcək? - RƏSMİ

Sertifikasiya

15 May 2026, 15:20
Sertifikasiya: imtahan vaxtı və məkanını müəllimlər nə zaman biləcək? - RƏSMİ

17-25 iyun tarixlərində ölkə üzrə növbəti sertifikasiya prosesi keçiriləcək və bu mərhələdə ilk dəfə tarix, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə və musiqi fənlərini tədris edən müəllimlər də imtahan prosesinə cəlb olunacaqlar.

Eyni zamanda, kimya, biologiya, fizika, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, eləcə də xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili - rus bölməsi, alman dili, fransız dili və s.) müəllimləri də sertifikasiyada iştirak edəcəklər.

Bəs müəllimlər sertifikasiyanın keçiriləcəyi məkan və saat barədə məlumatları nə zaman əldə edəcəklər?

AzEdu.az-ın məlumatına görə, qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir.

Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər.

Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir.

Qeyd edək ki, 2026-cı ildə artıq bütün fənn müəllimləri sertifikasiyadan keçmiş hesab olunacaq. Təxminən 100 min müəllim sertifikatlaşdırılmış hesab olunacaq.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox