Azedu.az

Sertifikasiyada yüksək nəticə: “25 ilin müəllimi var ki, fənnindən xəbəri yoxdur”

Sertifikasiya

13 May 2026, 17:22
Sertifikasiyada yüksək nəticə: “25 ilin müəllimi var ki, fənnindən xəbəri yoxdur”

Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanları yekunlaşıb.

Belə ki, mayın 3-də biologiya müəllimləri üçün keçirilən imtahanda yaşı 60-dan yuxarı müəllimlər də iştirak edərək uğurlu nəticə göstəriblər.

Onlardan biri də  61 yaşlı Naxçıvan şəhər 5 nömrəli tam orta məktəb Biologiya müəllimi Zeynəb Orucovadır. 

Zeynəb müəllim sertifikasiyadan 54 bal toplayıb.

Elə müəllim tanıdım ki, 25 il stajı var, amma ixtisasından xəbəri yoxdur. Sertifikasiya müəllimləri öz üzərlərində işləməyə məcbur etdi:

"İmtahanın keçirilməsindən razıyam. Mən birinci sertifikasiya imtahanında müəllimlərlə məşğul olmuşam, onları prosesə hazırlamışam. Baxdım ki, həqiqətən də sertifikasiya müəllimlər üçün çox önəmlidir. Çünki onlar artıq öz üzərlərində işləməyə məcbur oldular. Bu zaman ərzində elə müəllim tanıdım ki, 25 il stajı var, amma tədris etdiyi fəndən xəbəri yoxdur".

Müəllimlərin çoxu, təmənnasız şəkildə uşaqlara hər şeyi öyrətməyə hazırdır:

“Müəllimlik çox şərəfli bir peşədir. Onu şərəflə və ləyaqətlə yerinə yetirmək lazımdır. Valideyn öz gözünün ağı-qarası olan övladını asanlıqla heç kimə etibar etmədiyi halda, onu ümidlə məktəbə, bizə əmanət edir. Bizim əsas borcumuz isə həmin uşaqlara bilik öyrətməkdir. Bundan başqa heç bir öhdəliyimiz yoxdur. Müəllimlərin əksəriyyəti də təmənnasız şəkildə biliklərini şagirdlərə ötürməyə hazırdır.

Müəllimlərə tövsiyəm odur ki, yaxşı və vicdanlı müəllim olsunlar, əsl müəllim kimi fəaliyyət göstərsinlər. Bildiklərini gənc nəslə əsirgəməsinlər. Vicdanlı və şərəfli müəllim öz peşəsini daim ləyaqətlə yerinə yetirir.

Yüksək bal toplamaq isə müəllimlik peşəsinin yeganə göstəricisi deyil. Mən müəllimliyi bununla ölçmürəm. Elə savadlı və peşəkar müəllimlərimiz var ki, yüksək nəticələr göstərməsələr də, çox dəyərli bilik və təcrübəyə malikdirlər".

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox