Azedu.az

Müəllimlərin sertifikasiyadan bir dəfə keçməsi kifayətdir - yeni TƏKLİF

Sertifikasiya

14 May 2026, 09:25
Müəllimlərin sertifikasiyadan bir dəfə keçməsi kifayətdir - yeni TƏKLİF

"Sertifikatlaşdırma müəllim üçün təkrarlanan stres yox, bir dəfə qazanılan status olmalıdır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib.

Rəqəmsallaşmada məktəblər hələ gecikir - “Müəllimlərin İKT bacarıqları kritikdir”

“Müəllimlər sertifikatlaşdırma imtahanından üç dəfə keçmək məcburiyyətində qalmamalıdırlar. Bir dəfə keçdikdən sonra bu onlar üçün kifayət etməlidir ki, artıq sertifikatlaşdırılmış sayılsınlar. Lakin dəfələrlə, iki və ya üç dəfə sertifikatlaşdırmadan keçmək və bununla da yenidən bu prosesə cəlb olunmaq müəllim üçün ciddi stres mənbəyidir. Üç ildən bir, beş ildən bir bu sistemi, yəni imtahanı yenidən yaşamaq müəllimlər üçün əlavə gərginlik yaradır.

Azərbaycanda sertifikatlaşdırma ilə bağlı mövcud vəziyyətdə internet resurslarının və Elm və Təhsil Nazirliyinin təqdim etdiyi statistik məlumatlara əsasən, 2025-ci ilə qədər 70 mindən çox müəllimin sertifikasiya nəticəsində əməkhaqqı artımı ilə təmin edilib. Lakin qeyd etdiyim kimi, bu prosesi dəfələrlə təkrarlamaq və sistemi müəllimlər üçün davamlı stres mənbəyinə çevirmək zəruri deyil”.

Biz mövcud müəllimləri imtahan etməyə daha az fokuslanmalıyıq və gələcəyin müəllimlərini daha keyfiyyətli yetişdirməliyik:

“Ümumiyyətlə, Azərbaycan üçün gələcəkdə tövsiyə oluna biləcək yanaşma ondan ibarətdir ki, sertifikatlaşdırma imtahanının məzmunu universitetlərə inteqrasiya edilməlidir. Yəni biz mövcud müəllimləri imtahan etməyə daha az fokuslanmalı, daha çox gələcək müəllimləri keyfiyyətli şəkildə yetişdirməliyik.

Pedaqoji fakültələrimiz o qədər güclü olmalıdır ki, universitetdən məzun olanlar əvvəlcədən yaxşı seçilsin və sistemə hazır vəziyyətdə daxil olsunlar. Onlar sistemə daxil olduqdan sonra isə yalnız lazım olduqda məktəbdaxili və ya sistemdaxili təlimlərə cəlb olunaraq davamlı inkişaf etdirilsinlər.

Əks halda, sistemə daxil olan müəllimləri sonradan imtahanlarla seçib kənarlaşdırmaq böyük sosial stres yaradır və bu, nə arzuolunan, nə də zəruri bir yanaşmadır. Yəni əsas məsələ odur ki, biz elə bir sistem qurmalıyıq ki, müəllimlər artıq universitet mərhələsində yaxşı seçilsin, düzgün yetişdirilsin və sistemə keyfiyyətli şəkildə qəbul olunsun”.

Rusiyada şok istefalar BAŞLADI - Bu zərbələr Putini özündən çıxardı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox