Azedu.az

Heç bir hazırlığa getmədən sertifikasiyada yüksək nəticə GÖSTƏRDİ

Sertifikasiya

13 May 2026, 09:41
Heç bir hazırlığa getmədən sertifikasiyada yüksək nəticə GÖSTƏRDİ

Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.

Belə ki, mayın 4-də kimya müəllimləri üçün keçirilən imtahanda yaşı 60-dan yuxarı müəllimlər də iştirak edərək uğurlu nəticə göstəriblər. Onlardan biri də  61 yaşlı Naxçıvan şəhər 16 nömrəli tam orta məktəb Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Axundovadır. Təranə müəllim sertifikasiyadan 53 bal toplayıb.

Həmsöhbətimiz bildirib ki, imtahanda iştirak etməyi sevir:

“Bu il sertifikasiya imtahanında könüllü şəkildə iştirak etdim və 53 bal topladım. Daha əvvəl, 2021-ci ildə keçirilən sertifikasiya imtahanında da iştirak etmiş və eyni nəticəni göstərmişdim.

Ümumiyyətlə, imtahanlarda iştirak etməyi sevirəm. Düşünürəm ki, müəllim daim öz üzərində işləməli, yeniliklərə açıq olmalı və dövrlə ayaqlaşmalıdır. Sertifikasiya prosesi də bu baxımdan mənə çox şey öyrətdi. Xüsusilə kurikulum, müəllim-şagird və müəllim-valideyn münasibətləri, qiymətləndirmə meyarları sahəsində daha dərin biliklər əldə etdim. Eyni zamanda, tədris etdiyimiz ədəbiyyat əsərlərinin incəliklərini daha dərindən öyrənmək imkanım oldu.

İmtahanın sualları məni qane etdi. Suallar arasında həm asan, həm orta, həm də çətin səviyyəli tapşırıqlar var idi. Mən imtahanı təxminən 58 dəqiqəyə tamamladım və düşünürəm ki, vaxt baxımından ciddi çətinlik olmadı.

İmtahana özüm hazırlaşmışam, heç bir hazırlıq kursuna getməmişəm. Məncə, uğur qazanmaq üçün əsas məsələ insanın öz üzərində çalışmasıdır. Yaşın burada fərqi yoxdur. Özünü inkişaf etdirən hər bir müəllim yaxşı nəticə əldə edə bilər.

Sertifikasiya prosesini müəllimlərin inkişafı baxımından vacib hesab edirəm. Müəllim hər gün öyrənməli və inkişaf etməlidir ki, öyrədə də bilsin. Gələcəkdə imtahanda iştirak edəcək müəllimlərə tövsiyəm odur ki, çox çalışsınlar, testlər üzərində işləsinlər və imtahan zamanı vaxt bölgüsünə diqqət yetirsinlər. Nəticə əldə etmək üçün mütləq əziyyət çəkmək lazımdır”.

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox