Azedu.az

Sertifikasiyanın müsahibəsində yüksək bal kimlərə verilir? - QİYMƏTLƏNDİRMƏ

Sertifikasiya

12 May 2026, 09:16
Sertifikasiyanın müsahibəsində yüksək bal kimlərə verilir? - QİYMƏTLƏNDİRMƏ

Müəllimlərin sertifikatlaşdırılması prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələsindən ibarətdir.

Bəs müsahibə mərhələsində müəllimlərdən nələr tələb olunur və onlar necə qiymətləndirilir?

Sertifikatlaşdırmanın müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılan müsahibə komissiyası tərəfindən həyata keçirilir. Komissiyanın tərkibi Sertifikatlaşdırma Şurasının təklifləri əsasında formalaşdırılır və Nazirlik tərəfindən təsdiq edilir.

AzEdu.az sertifikasiyanın müsahibə mərhələsindəki qiymətləndirmə meyarlarını təqdim edir:

Müsahibə mərhələsi ümumilikdə 40 bal üzərindən qiymətləndirilir və aşağıdakı bacarıqları əhatə edir:

- proqram üzrə mövzunu təqdimetmə bacarığı;

- təhsilalanları qiymətləndirmə bacarığı;

- özünü təqdimetmə bacarığı;

- pedaqoji prosesi təşkil etmə bacarığı;

- ünsiyyət bacarığı.

Hər bir meyar 4 ballıq şkala üzrə qiymətləndirilir. Yekun bal isə xüsusi çəki sistemi ilə hesablanır:

- proqram üzrə mövzunu təqdimetmə bacarığı üzrə toplanılan balların 3 (üç) misli;

- qiymətləndirmə, özünü təqdimetmə və pedaqoji prosesin hər biri üzrə toplanılan balların 2 (iki) misli;

- ünsiyyət bacarığı üzrə toplanılan balların 1 (bir) misli.

Müsahibə mərhələsindən uğurla keçmək üçün müəllimlərin azı 20 bal toplaması tələb olunur. 

Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.

ŞOK GÖRÜNTÜLƏR! Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox