Tələbələrin ən çox qarşılaşdığı problemlərdən biri xaricdə əldə olunan təhsilin tanınması prosesi zamanı şəxsi kabinetdə müraciət statusunun “icraatı dayandırıldı” kimi göstərilməsidir.
AzEdu.az-ın Təhsildə Keyfiyyət Təminatı Agentliyidən əldə etdiyi məlumata görə, bu status sizin tanınma ilə bağlı təqdim etdiyiniz sənədlərin icraatının dayandırıldığını göstərir.
"Bu, aşağıdakı səbəblərdən baş verə bilər: Tanınma ilə bağlı müraciətinizlə əlaqədar qərarın qəbul edilməsi üçün əlavə sənəd(lər)in təqdim olunmasına zərurət yaranmışdır.
Bu barədə sizə müvafiq məlumat verilmiş, lakin təyin olunan vaxt ərzində müraciətiniz təmin olunmadığından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 32.5-ci bəndinə əsasən sənədlərinizin icraatı dayandırılmışdır.
Tələb olunan əlavə sənəd(lər)i şəxsi kabinetinizə əlavə etmək üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Sənədlərinizin araşdırılması zamanı zərurət yarandığı üçün təhsil aldığınız ali təhsil müəssisəsinə sorğu göndərilmiş və Sizə bu barədə qeydiyyatdan keçərkən təqdim etdiyiniz əlaqə vasitələri ilə məlumat verilmişdir.
Sözügedən sorğu cavablandırılanadək müraciətinizin statusu “icraatı dayandırılmışdır” kimi göstəriləcəkdir”.