Azedu.az

TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR

Tələbələr

6 May 2026, 20:28
TTK üzrə ən yüksək göstəricilərə malik UNİVERSİTETLƏR

05.05.2026-cı il tarixinədək Təhsil Tələbə Kreditləri (TTK) üzrə ən yüksək göstəricilərə malik universitetlər müəyyənləşib. Rəqəmlər Azərbaycanda minlərlə tələbənin bu imkandan yararlandığını və ali təhsilə çıxışın genişləndiyini göstərir.

AzEdu.az-ın Təhsil Tələbə Krediti Fondundan əldə etdiyi məlumata əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti siyahıya liderlik edir. Universitetdə 2189 tələbə TTK alıb, ümumilikdə 5167 kredit verilib və ayrılan vəsait 6.3 milyon manat təşkil edib.

İkinci sırada Bakı Dövlət Universiteti qərarlaşıb. Burada 1431 tələbə kredit alıb, 3806 kredit rəsmiləşdirilib və ayrılan vəsait 4.4 milyon manat olub.

Sonrakı yerlərdə Azərbaycan Texniki Universiteti (1515 tələbə, 3804 kredit, 3.6 milyon manat), Azərbaycan Kooperasiya Universiteti (1534 tələbə, 3829 kredit, 3.5 milyon manat), Gəncə Dövlət Universiteti (1686 tələbə, 4610 kredit, 3.3 milyon manat) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (1299 tələbə, 3258 kredit, 2.9 milyon manat) yer alır.

Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi
Son xəbərlərDaha çox