Azedu.az

Məktəb bufetlərinə yeni qida qadağası gəlir

Məktəblər

5 May 2026, 10:58
Məktəb bufetlərinə yeni qida qadağası gəlir

Türkiyədə parlamentə təqdim olunması gözlənilən yeni qanun layihəsinə əsasən, məktəblərdə qida satışı daha ciddi qaydalarla tənzimlənəcək.

AzEdu.az xəbər verir ki, layihəyə görə, bundan sonra məktəb bufetlərində yalnız məktəb qidası loqosu olan məhsullar satıla biləcək.

Bu loqo yalnız Səhiyyə və aidiyyəti olan qurumların müəyyən etdiyi sağlamlıq standartlarına uyğun məhsullara veriləcək.

Qaydalara uyğun olmayan qidaların məktəblərdə satışı qadağan ediləcək. Məqsəd uşaqların daha sağlam qidalanmasını təmin etmək və zərərli qida məhsullarının istehlakını azaltmaqdır.

Yeni qanunda həm də ciddi cərimələr nəzərdə tutulur. Qaydanı pozan bufetlər və satıcılar üçün 500 min türk lirəsinə qədər cərimə tətbiq oluna bilər.
 

Dronlar Moskvanı mühasirəyə aldı: Rusiyadan ŞOK ETİRAF
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox