Azedu.az

Keçid balları 20-50 arası düşə bilər - qəbul PROQNOZU

İmtahanlar

24 Aprel 2026, 17:21
Keçid balları 20-50 arası düşə bilər - qəbul PROQNOZU

"Builki buraxılış imtahanları son iki ilin imtahanları ilə müqayisədə daha çətin keçib. Sualların çətin olması ümumi balların düşməsinə, sualların asan olması isə balların artmasına təsir göstərir".

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev qeyd edib.

181204

"9 mart buraxılış imtahanında maksimum 300 bal toplayanların sayı 2 nəfər olub. 15 martda isə bu göstərici 9 nəfər təşkil edib. Ümumilikdə isə bu say 11 nəfər edir. Keçən il isə bu göstərici 43 nəfər idi. Ümumi müqayisə apardıqda, 43 nəfərlə 11 nəfər arasında ciddi fərq olduğu aydın görünür. Bu da builki buraxılış imtahanlarının keçən ilə nisbətən daha çətin keçdiyini açıq şəkildə göstərir. Məsələn, keçən il 280 baldan yuxarı nəticə göstərənlərin sayı təxminən 300 nəfər idisə, (təxmini rəqəmlərdir) bu il həmin göstərici ehtimal olunur ki, 4 dəfə azalacaq".

Əgər blok imtahanları da keçən illə eyni səviyyədə olarsa, bu, balların təxminən 20-50 bal aralığında düşməsi demək ola bilər:

"Bu tendensiya eyni ardıcıllıqla davam edərsə, əlbəttə ki, ümumi müsabiqə şərtlərinə də təsir göstərəcək və balların ciddi şəkildə azalması ilə nəticələnəcək. Əgər blok imtahanları da keçən illə eyni səviyyədə olarsa, bu, balların təxminən 20-50 bal aralığında düşməsi demək ola bilər. Düzdür, bununla bağlı indidən konkret fikir bildirmək çətindir, çünki blok imtahanları hələ keçirilməyib. Əgər blok imtahanları keçən illə müqayisədə ya daha asan, ya da daha çətin olarsa, o zaman daha dəqiq nəticə çıxarmaq mümkün olacaq. Lakin ümumilikdə buraxılış imtahanlarının nəticələrinə nəzər salsaq, balların aşağı düşəcəyi qaçılmaz kimi görünür.

Ümid edək ki, abituriyentlər üçün blok imtahanları da asan olsun. Asan olduğu təqdirdə, əlbəttə ki, abituriyentlər üçün müəyyən qədər daha əlverişli imkanlar yaranmış olacaq. Eyni zamanda, imtahanın özündə birinci zona və ikinci zona üzrə maksimal bal toplayanlara nəzər yetirdikdə də yenə ciddi bir fərq müşahidə olunur.

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının keçən illə müqayisəli statistikasını açıqlasa, biz daha ətraflı fikir bildirə bilərik. Hələlik bu barədə konkret məlumat yoxdur, amma arzu olunan ondan ibarətdir ki, abituriyentlər üçün blok imtahanları daha asan keçirilsin".

Ballar aşağı düşdüyü təqdirdə subbakalavrların qəbul imkanları daha da artır, ballar yüksəldiyi təqdirdə isə onların qəbul imkanları azalır:

"Repetitorlar və təhsil mütəxəssisləri imtahanlardakı asanlıq və çətinliyi daha rahat müşahidə edə bilirlər. Yəni buraxılış imtahanlarına nəzər saldıqda, keçən ilki və ya ondan bir il əvvəlki imtahanlarla bu ilki buraxılış imtahanları arasında ciddi fərqin olduğu görünür. Builki buraxılış imtahanları son iki ilin imtahanları ilə müqayisədə daha çətin keçib. Sualların çətin olması ümumi balların düşməsinə, sualların asan olması isə balların artmasına təsir göstərir.

Amma ümumi dövlətin verdiyi plan yerləri, əlbəttə ki, müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayına və subbakalavrların qəbul göstəricilərinə əsasən dəyişə bilir. Yəni belə deyək ki, ballar aşağı düşdüyü təqdirdə subbakalavrların qəbul imkanları daha da artır, ballar yüksəldiyi təqdirdə isə ixtisas qruplarına uyğun olaraq onların qəbul imkanları azalır. Ən böyük ümidimiz isə blok imtahanlarında da abituriyentlərin ciddi çətin suallarla qarşılaşmamasıdır".

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox