Azedu.az

Məktəblilər PIRLS 2026 tədqiqatına cəlb olunub

Şagirdlər

23 Aprel 2026, 09:38
Məktəblilər PIRLS 2026 tədqiqatına cəlb olunub

20 aprel tarixindən etibarən PIRLS (Progress in International Reading Literacy Study) 2026 tədqiqatının əsas mərhələsinə start verilib.

AzEdu.az xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 12 ümumtəhsil məktəbində 13 sinifdən 288 nəfər şagird beynəlxalq qiymətləndirilməyə cəlb edilib. 

Qiymətləndirmə regional idarə üzrə mayın 20-dək davam edəcək.

Tədqiqat çərçivəsində ibtidai sinif şagirdlərinin oxu anlama, mətnlə işləmə və analitik düşünmə bacarıqları beynəlxalq səviyyədə qiymətləndirilir. PIRLS nəticələri təhsil sisteminin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

İran Azərbaycanı uşaqlarla hədələdi: Qadınlara da silah paylandı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox